Leobank Validasiya və anderraytinq istiqamətinin operatoru vəzifəsinə işçi axtarır.
Tapşırıqlar:
- Müştəridən alınan ərizənin doldurulması;
- Təqdim edilmiş sənədlərdə məlumatların uyğunluğunun və tamamlığının yoxlanılması;
- Məlumatları dəqiqləşdirmək üçün müştərilərə zənglərin edilməsi;
- Yeni müasir digital bankçılıq üzrə müştərilərə məsləhət vermək.
Tələblər:
- Ali təhsil (Həmçinin bakalavr pilləsinin sonuncu kursunda təhsil alan);
- Müştəri xidməti üzrə iş təcrübəsi (bank sahəsi arzu olunandır);
- Ofis proqramları ilə işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərini sərbəs bilmək, rus dili arzu olunandı;
- İşdə diqqətlilik və detallara fikir vermə qabiliyyəti;
- Məsuliyyət və müştəri yönümlük.
Biz təklif edirik:
- Rahat, keyfiyyətli və yenilikçi bir fintech məhsulu istehsalını bilən bir komandada təcrübə qazanma fürsəti;
- Karyera və peşəkar inkişaf - şirkətimiz daxilində işçiləri inkişaf etdirməyə çalışırıq, buna görə vəzifənizdə peşəkarlıq əldə etdikdə karyera imkanı üçün şərait yaradılacaq;
- 21 günlük intensiv təlim proqramı;
- İş qrafiki - 2/2(gündüz və gecə növbələri);
- Yeni müasir, rahat ofis;
- Rəsmi qeydiyyat, sabit əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (mövzu hissəsində Validasiya və kredit təhlili üzrə operator qeyd etməyiniz xahiş olunur).