Xalq Bank Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
- Maliyyə sektorunda minimum bir il təcrübə (mütəxəssis tələbi üzrə);
- Yaxşı səviyyədə SQL bilikləri;
- Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
- Maliyyə üzrə təməl biliklərin olması: balans, mənfəət / zərər;
- İngilis dili – orta səviyyədə;
- Python üzrə işləmək bacarığının olması üstünlükdür (əsas syntax bilikləri vacibdir);
- VBA biliklərinin olması arzuolunandır;
- Alqoritmik düşünmə qabiliyyəti;
- Komunikasiya qabiliyyətinin yüksək olması;
- Komanda ilə işləmək bacarığı.
İşin təsviri:
- Bank rəhbərliyinin və Komitələrinin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
- Bankın maliyyə göstəricilərinin təhlili;
- Analitik hesabatların tərtib olunması;
- Vizual dashboard-ların qurulması;
- Müxtəlif məlumat bazaları üzrə optimal SQL sorğuların yazılması;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
- Xərclərin optimallaşdırılması üzrə təkliflər;
- Məhsul və xidmətlərin maya dəyərinin ölçülməsi;
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
-mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34