VAKANSİYA

14 İyul

Kiçik mütəxəssis - VAKANSIYA

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Kapital Bank 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin (“törəmə müəssisə”) 100%-lik sahibi olmuşdur. “BirKart BOKT” MMC yaradılmasının məqsədi əhalinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması üçün kart məhsullarının onlar üçün əlçatan nöqtələrdə satılmasıdır.

Vakansiya: birbaşa satışlar bölməsində kiçik mütəxəssis

Öhdəliklər:

  • Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;

  • Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;

  • Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;

  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;

  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;

  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;

  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər:

  • Ali təhsil;

  • Məsuliyyətlilik;

  • Operativlik;

  • Qərar qəbuletmə bacarığı;

  • Kollektivdə işləmə bacarığı;

  • Müştərilərlə danışma qabiliyyəti;

  • Microsoft Office proqramları üzrə biliklər.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.