Toca Residence BAKI AĞ ŞƏHƏR şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı» çərçivəsində həyata keçirilir.
Beynəlxalq mükafatların qalibi olmuş BAKI AĞ ŞƏHƏR haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır. Layihə həm mühəndis-tikinti, həm də estetik nöqteyi-nəzərdən heyranlıq doğurur. Burada yaşamaq və işləmək arzusu doğuran cəlbedici mühit və infrastrukturun yaradılması üçün yaşayış və qeyri-yaşayış komplekslərinin, sosial obyektlərin, park və yaşıl zonaların yerləşməsi mükəmməl planlaşdırılmışdır.
Vakansiya: Ofis meneceri
Namizədə tələblər:
-
Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
-
Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
-
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
-
Təzyiq altında işləmək, problemləri həll etmə bacarıqlarına malik olmaq;
-
Xoş görünüşlü və ünsiyyətcil;
-
Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
-
Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi;
-
Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
-
Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
-
Müvafiq sahədə 1 il təcrübə.
İş barədə məlumat:
-
Gündəlik kargüzarlıq və işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət;
-
E-mail və telefonların cavablandırılması;
-
Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;.
-
Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
-
Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması;
-
Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
-
Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək.
-
İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək
Əmək haqqı: 800 AZN + bonus.
Qeyd: Satış bacarığı olan şəxslərə üstünlük veriləcək.
Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!
-
Ünvan
Qarabağ Atları Meydanı
-
Əlaqə nömrəsi +994 50 210 22 46 +994 50 210 22 47
-
www.tocaresidence.az