PASHA Bank İT və Kiber Risklər üzrə Baş Mütəxəssis vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- İT risklərinin müəyyən edilməsi, ölçülməsi və izlənilməsi üçün proseslərin hazırlanması;
- İT risklərinin idarəedilməsi və analizi;
- İT risk proseslərini təkmilləşdirmək üçün İT risk strategiyasının formalaşdırılmasına kömək edən layihə və fəaliyyətlərdə iştirak;
- Uğurlu İT risklərinin müəyyənləşdirilməsinə və idarə olunmasına nail olmaq üçün alət və prosedurlar yaradacaq İT riskləri, məqsəd və siyasətləri nəzərə alaraq Müəssisə Riski strategiyalarının hazırlanması və yenilənməsi;
- İT risklərinin idarəedilməsini dəstəkləmək üçün effektiv iş əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- İT risklərinə nəzarət, sahiblik və hesabatlılığı təşviq etmək üçün təlimat və təlimlərin təmin edilməsi;
- Təşkilatın İT risklərinin idarəedilməsinin monitorinqi;
- Bankda risk mədəniyyətinin artırılması üçün İT risk təlimlərinin keçirilməsi üzrə materialların hazırlanması;
- Risk koordinatorlarının müəyyənləşdirilməsinin əlaqələndirilməsi;
- Risk koordinatorları üçün İT riskləri haqqında məlumatlığın artırılması;
- İT və kiber risk qrupunun strateji layihələri üzrə işlərin əlaqələndirilməsi;
- İT riskləri ilə bağlı KRI üzrə məlumatların toplanması və əlaqələndirilməsi;
- İT və Kiber risk qrupu tərəfindən təqdim olunan hesabatların təkmilləşdirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Audit, Daxili Nəzarət, Risk və ya müvafiq sahədə minimum 3 il
- Xarici dillər: İngilis dili
- Lizensiya/Sertifikat: CRISC, CGEIT
- Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları haqqında biliklərin olması
- Digər: Analitik düşüncə və komandada iş bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “İT və Kiber Risklər üzrə Baş Mütəxəssis” qeyd edərək [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.