Yapi Kredi Bank Ətraf Mühit Mühəndisi / Aparıcı / Baş Ətraf Mühit Mühəndisi vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ekologiya Mühəndisliyi üzrə ali təhsil;
- Ətraf Mühit Mühəndisliyi sektorunda ən azı 2 il iş təcrübəsi;
- Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
- Azərbaycan, türk, ingilis və rus dillərini səlis bilmək;
- Komandada işləmək bacarığı;
- Ünsiyyət və münasibət qurma bacarıqları;
Əsas iş funksiyaları:
- Ətraf mühitlə bağlı xərcləri müəyyən etmək və büdcə hesabatlarını hazırlamaq;
- İşçilərin ekoloji təlimlərini həyata keçirmək, zəruri hallarda təlimlərlə bağlı xarici resurslarla əlaqə saxlamaq;
- Baş Ofis və digər filiallar üçün ekoloji məsələlərlə bağlı zəruri icazələrin, lisenziyaların və sənədlərin alınması, yeniləmə və/və ya yeniləşdirmə işləri aparmaq;
- ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi ilə əlaqədar sənədləşmə və digər işlərin koordinasiyasını təmin etmək;
- İSO 14064-1 istixana qaz emissiyası və ISO 14046:2014 su izi hesabatlarını hazırlamaq;
- Müntəzəm olaraq həyata keçirilən yoxlamalarda Bankı ən yaxşı şəkildə təmsil etmək və tələblərin yerinə yetirilməsini təmin etmək;
- Tullantıların idarə olunması planına uyğun olaraq təhlükəli və qeyri-təhlükəli tullantıları izləmək;
- Ətraf mühitin idarə edilməsi çərçivəsində Sıfır Tullantı Sisteminin yaradılması, sistemin davamlılığının təmin edilməsi, müvafiq sənədlərin təqib edilməsi, onların ekoloji faylda təsnif edilməsini təmin etmək;
- Bankın İnteqrasiya edilmiş İllik Hesabatının hazırlanması zamanı ətraf mühitlə bağlı tələb olunan məlumatları bildirmək;
- Bankın elmi əsaslı ekoloji hədəflərini müəyyən etmək və müəyyən edilmiş hədəfləri izləmək;
- Ətraf Mühitin İdarəetmə Sistemi çərçivəsində sənədləşmə sistemini qurmaq və sistemin aktuallığını, təkmilləşdirilməsini və davamlılığını təmin etmək, hüquqi qanunvericiliyə əməl etmək, təlimləri planlaşdırılmaq və həyata keçirmək;
- Ekoloji qəzalar və fövqəladə hallar zamanı müvafiq müdaxilələr etmək, çirklənmənin qarşısını almaq və mənfi təsirləri aradan qaldırmaq.
Uyğun namizədlər CV-lərini [email protected] mail adresinə göndərə bilər.