Veysəloğlu Tədarük zənciri üzrə satınalma mütəxəssisi vəzifəsinə işçi axtarır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
- Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
- Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
- Mal alışının planlaşdırılması, aylıq alış prognozlarının kategoriya ilə razılaşdırılması,
- Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması.
Tələblər:
- Əla səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır);
- Şəxsi avtomobilin olması mütləqdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Tədarük zənciri üzrə satınalma mütəxəssisi” yazmaqla müraciət edilir.