VAKANSİYA

22 İyun

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Xəzinədarlıq Departamentinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Gündəlik və digər tələb olunan analitik hesabatların hazırlanması (excel və s. proqramlarda);
  • Likvid vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinə dəstək;
  • Likvidliyin planlaşdırılması və valyuta mövqeyinin idarə olunmasına dəstək;
  • Müvafiq tənzimləyici orqanların qaydalarına riayət olunmasına nəzarət.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan dili və Rus dili əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər (formulalar, məntiqlər, shortcuts və s.);
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • SQL və Data management üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin baş mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.