VAKANSİYA

21 İyun

Korporativ satış mütəxəssisi - VAKANSİYA

Trade Safe MMC 2020-ci ildən fəaliyyət göstərir. Şirkətimizin əsas fəaliyyət sahəsi yüksək və keyfiyyətli, beynəlxalq standartlara cavab verən fərdi mühafizə vasitələrinin satışını həyata keçirir. Məhsullarımız Avropa, Türkiyə, Rusiya və xüsusi olaraq Azərbaycan istehsalı fərdi geyimlər, dəbilqə, təhlükəsizlik ayaqqabıları, qoruyucu eynəklər, qoruyucu maskalar təşkil edir.

Vakansiya - Korporativ satış mütəxəssisi

Namizədə aid tələblər:

  • Azərbaycan, rus  dillərində danışıq qabiliyyəti.İngilis dili arzu olunandır
  • Müvafiq vəzifə üzrə minimum 1 il təcrübə;
  • Microsoft Ofis və 1C proqramları biliyi;
  • Sürücülük vəsiqəsi B
  • Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
  • Dürüstlük və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Bazarın araşdırılması;
  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
  • Müştəri bazasının formalaşdırılması
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
  • Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi.
  • Əmək haqqı: 500-1000 AZN + bonus (KPİ)
  • Korporativ nömrə (korporativ paket),
  • Yanacaqnan təmin olunma

E mail: [email protected]