Kapital Bank Ünvanda təqib şöbəsinin mütəxəssisi (Lənkəran, Hacıqabul-Şirvan, Şəmkir) vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
- Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat , faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
- Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.
Tələblər:
- Ali təhsilli olmalı
- Müvafiq sahə üzrə iş təcrübəsi
- Danışıq qabilyyətinin yüksək olması
- Kompüterdə işləmək bacarığı
- Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı
- Dəqiqlik
- Ünsiyyət bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.