“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentində Şəbəkə təhlükəsizliyi üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud “NGF Firewall”-ların administrasiyası;
- “Web Application Firewall”-un administrasiyası;
- Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
- RADIUS və TACAS+ serverlərinin administrasiyası;
- Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
- İPS sistemlərinin administrasiyası;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- Email təhlükəsizliyi sisteminin administrasiyası;
- Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası;
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.
Namizədə qarşı tələblər:
- Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
- AAA, RADIUS, TACAS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
- Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
- Vulnerability scanning proqramı üzrə biliklər;
- Penetration testing barədə biliklər;
- Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
- Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə təhlükəsizliyi üzrə administrator qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.