VAKANSİYA

10 İyun

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin ERM risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
  • Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
  • Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
  • Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
  • Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
  • Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.

Tələblər

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 3-4 il iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.