VAKANSİYA

07 İyun

Turan Bank işçi axtarır – VAKANSİYA

Turan Bank İstehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı /baş mütəxəssis vəzifəsinə işçi axtarır.

Şəhər: Bakı,Ağcabədi, Göyçay, Qazax,Tovuz,Ağstafa,Zaqatala,Sumqayıt,Xırdalan, Xaçmaz.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsi üzrə);
  • MS office (World,Excel) proqramları ilə işləmək bacarığı
  • Yaş həddi: 21-25
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır);
  • Yaradıcı və analitik düşüncə tərzi, ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Məsuliyyətli,dəqiq və intizamlı iş yanaşması
  • Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;

Vəzifə öhdəlikləri:

  • Qoyulmuş hədəflərin icrası;
  • Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
  • Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
  • Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin və müştərinin maliyyə vəziyyətinin aparılmasında iştirak edilməsi
  • Müsbət qərar verilmiş kredit müraciətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi
  • Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi; 
  • Komanda ilə işləmək bacarığı;

Bu iş sizə nə qazandıracaq:

  • Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Satış həcminə uyğun əmək haqqına əlavə bonus;

Anketlərinizi [email protected] mail adresinə göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “İstehlak kreditləri” yazmağı unutmayın.