Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Sistem və şəbəkənin idarə edilməsi şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankın şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
- Bankın şəbəkə infrastruktunun təhlükəsizliyinin təmin olunması;
- Bankın şəbəkə infrastrukturunun sənədləşdirilməsi və mütəmadi yenilənməsi;
- Bankın şəbəkə infrastrukturunun monitorinqi və nəzarət olunması;
- Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparılması;
- Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak edilməsi və s.
Tələblər
- İT sahəsində ali təhsil;
- Şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsi;
- IS-IS, OSPF və BGP protokollarının sazlanması və idarə olunması;
- VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
- Firewallarla iş təcrübəsi (Palo Alto);
- Cisco İSE ilə iş təcrübəsi;
- Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC, HP WLC);
- Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
- CCNA Security, CCNP R/S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
- PCNSA sertifikatı və ya ekvivalent biliyin olması arzu olunandır;
- SD-WAN və SDA biliklərinin olmağı arzu olunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.