PAŞA Bank Hesablaşmalar üzrə Kiçik Mütəxəssis vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- Mərkəzləşdirilmiş arxa ofis kimi müştəri məmnunluğu və loyallığına nail olunması;
- Əməliyyat fəaliyyətləri zamanı əlavə xərclərin qarşısını almaq üçün daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi;
- Bütün nağdsız əməliyyatların səmərəli, şəffaf və dəqiq icra edilməsi;
- Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
- Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi;
- Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğunluğunun yoxlanılması;
- Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində icra edilməsi;
- Tənzimləyici orqanların tələbinə əsasən məlumatların vaxtlı-vaxtında müvafiq sistemlərdə qeydiyyatının aparılması;
- Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi;
- ƏD proseduruna uyğun olaraq nağdsız əməliyyatlar şöbəsinin funksiyasının bir hissəsi kimi digər struktur bölmələrinə məlumat dəstəyinin göstərilməsi;
- Əməliyyatların icrasında ÇPY və TM üzrə şübhəli hallar aşkar edildikdə, Hüquq və Komplayns departamentinə məlumatların ötürülməsi və müvafiq tədbirlərin həyata keçirilməsi;
- Banklardan ödənişlərlə bağlı daxil olan sorğuların icra edilməsi, iddiaların səbəbinin araşdırılması, müştərinin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün həll yollarının axtarılması;
- Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün məlumatın toplanması və cavablandırılması üçün əlaqəli struktur bölməsinə dəstəyin göstərilməsi;
- Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması və icrası;
- Müştəridən daxil olan şikayətlərin idarəolunmasına dəstək, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanılması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həll yollarının araşdırılması;
- Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə müştəri məlumatlarının təqdim edilməsində dəstək;
- Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak;
- Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması və uyğunsuzluq aşkar edildikdə aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Müştəri ödənişlərinin müxbir münasibətlərdə effektiv idarəedilməsi prosesinə dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: orta səviyyədə İngilis dili (orta səviyyə) və Rus dili (orta səviyyə)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Daxili siyasət, proseduralar və məhsul barədə məlumatlılıq
- Müvafiq qanunvericilik bilikləri
- Xəzinədarlıq
- Qeyri-kredit bankçılıq xidmətləri
- Fərdi bankçılıq məhsulları
- Ödəniş sistemləri sahəsində təcrübə
- Digər: İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi e-mail ünvanına başlıqda “Hesablaşmalar üzrə Kiçik Mütəxəssis” qeyd edərək [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.