VAKANSİYA

27 May

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Məlumat mərkəzi şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
  • Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
  • İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
  • Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  •  Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
  •  Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 iyun 2022-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.