VAKANSİYA

23 May

Ziraat Bank işçi axtarır – VAKANSİYA

Ziraat Bank Azərbaycan Baş PL/SQL proqramçı vəzifəsinə işçi axtarır.

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr və ya magistr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
  • Bank sektorunda minimum 5 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri biliyi;
  • Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;
  • Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
  • JSON obyekt tipi ilə işləmək bacarığı;
  • SQL, PL/SQL sahəsində minimum 3 il iş təcrübəsi;
  • DWH (Data Warehouse) üzrə biliklər;
  • Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;
  • Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;
  • Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
  • İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
  • Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.

Əsas vəzifələr:

  • İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
  • Hesabat məlumatlarının reallığının yoxlanılması;
  • Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
  • Texniki spesifikasiyaların hazırlanması;
  • Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyun ayının 30-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş PL/SQL proqramçı” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.