VAKANSİYA

19 May

PAŞA Həyat işçi axtarır – VAKANSİYA

PAŞA Həyat Fərdi sığorta şöbəsinin baş müştəri meneceri vəzifəsinə işçi axtarır.

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 30 may 2022-ci il.

Vəzifə Öhdəlikləri:

  • Yeni İnvestisiya tipli həyat sığortası məhsulunu potensial müştərilərə təqdim etmək və satışını həyata keçirmək;
  • Yeni İnvestisiya tipli həyat sığortası məhsulu ilə əlaqədar potensial müştərilərin satışa qədər, satış və satışsonrası dövründə sual və ehtiyaclarını qarşılamaq;
  • Yeni İnvestisiya tipli həyat sığortası məhsulu ilə əlaqədar partnyor şirkətlərlə əlaqələri aparmaq, təcrübə mübadiləsi etmək və lazım gəldikdə əlaqəli tərəflərə təlimlər vermək;
  • Yeni İnvestisiya tipli həyat sığortası məhsulunun inkişaf etdirilməsi üçün müştəri təcrübəsini öyrənmək və məhsul komandasına faydalı məlumatlar vermək;
  • İnvestisiya bazarının inkişafı, trendlər, dəyişikliklər barədə məlumatları izləmək, öyrənmək və əlaqəli tərəflərlə paylaşmaq;
  • İnvestisiya bazarının mövcud və yeni iştirakçıları, rəqabət mühiti, rəqiblərin üstün və zəif cəhətlərini davamlı izləmək, analiz etmək və əlaqəli tərəflərlə paylaşmaq.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnvestisiya bazarları ilə əlaqədar sahə üzrə min. 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Ali iqtisadi və ya maliyyə ixtisaslar üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta

Üstünlüklər: 

  • İnvestisiya, maliyyə alətləri və birja əməliyyatları sahəsi ilə bağlı bilik və təcrübə
  • Satış bacarığı
  • Analitik məntiq və araşdırma qabiliyyəti

Kompüter bilikləri: MS Office-orta

Fərdi keyfiyyət tələbləri: Kommunikasiya və təqdimat bacarığı, tənqidi yanaşma, nəticəyönümlülük, müştəriyönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, innovativlik, öz üzərində daima işləmək
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.