VAKANSİYA

16 May

Azərgold işçi axtarır – VAKANSİYA

Azərgold Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
  • Layihə planlama işlərinin həyata keçirilməsi;
  • Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
  • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
  • Maliyyə modellərinin hazırlanması və təhlili;
  • Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
  • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
  • Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
  • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Uyğun namizədlər keçiddən istifadə edərərk müraciət edə bilərlər.