VAKANSİYA

17 May

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC İnformasiya Təhlükəsizliyi Departamentində Pentester vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mütamadi olaraq “Penetration” testlərinin keçirilməsi;
  • Şəbəkə, server və proqram təminatlarının çatışmazlıqlarının aşkarlanması (vulnerability scanning);
  • Android, İOS və WEB tətbiqlərinin source code-larında çatışmazlıqların aşkar edilməsi;
  • Aşkar edilən boşluqlar və onların aradan qaldırılması üzrə hesabatların hazırlanması;
  • Boşluqların aradan qaldırılması üzrə İT heyəti ilə birgə işləmək;
  • Mütəmadi olaraq yeni hücum vektorları və zero-day boşluqları üzrə araşdırmaların aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • OWASP Top 10 üzrə biliklər;
  • Web tətbiqlərdə təhlükəsizlik boşluqlarının aşkarlanması (XSS, CSRF, SQLi, IDOR, Session management issues, etc.);
  • Şəbəkə və Mobil tətbiqlərin təhlükəsizliyi üzrə biliklər;
  • “Scripting” tipli dillər üzrə biliklər;
  • Windows, Active Directory və Unix/Linux təhlükəsizliyi üzrə biliklər;
  • Penetration Testing alətləri: Nmap, Burp, Metasploit, Fuzzing tools, SonarQube, Nessus, OWASP Zap və s. üzrə biliklər;
  • Dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Ünsiyyət qurma və komandada işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Pentester qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.