Azericard Gündəlik əməliyyatlar şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifə:
- Kart məhsulları üçün müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması;
- Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
- Mövcud layihələrə dəstək verilməsi;
- Məlumat məxfiliyin qorunması.
Tələblər:
- Texniki sahə üzrə Ali təhsil;
- Bank kartı məhsulları barədə biliklərin olması,
- Azərbaycan və rus dili sərbəst, İngilis dilində isə ən azı texniki səviyyədə bilməsi;
- Ünsiyyətcil, diqqətli və məsuliyyətli olması;
- Öz üzərində işləmə və inkişaf etmə qabiliyyəti;
- Analitik düşüncə tərzinə sahib, komandada işləmək bacarığı olması.
Namizədlərdən CV-lərini “Gündəlik əməliyyatlar şöbəsinin mütəxəssisi” mövzusu ilə [email protected] mail adresinə göndərmək xahiş olunur.