Nar SOHO Satış Mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vakansiya haqqında:
Sizin əsas vəzifə öhdəlikləriniz:
Korporativ müştərilər ilə danışıqlar aparmaq və Nar məhsul və xidmətlərini təklif etmək Təyin olunmuş satış planlarına əsasən aylıq satış hədəfləri yerinə yetirmək Mövcud korporativ müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək Korporativ müştərilər ilə müqavilə bağlamaq Mövcud korporativ müştəri bazasını idarə etmək və müvafiq dəstək göstərmək Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil Korporativ satış sahəsində ən azı 1 il iş təcrübəsi (Bank və Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Ünsiyyət qurma bacarığı Danışıqlar apara bilmək qabiliyyəti Müştəri yönümlülük MS Office Proqramlarını bilmək Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Uyğun namizədlər CV-lərini [email protected] mail adresinə göndərə bilərlər.