VAKANSİYA

15 May

Ziraat Bank işçi axtarır – VAKANSİYA

Ziraat Bank Azərbaycan Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
  • Müvafiq sahə üzrə 2 illik bank stajı;
  • Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

  • Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
  • SWIFT formatlarda müştəri ödənişləri və banklararası əməliyyatların icrası;
  • Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
  • İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
  • Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
  • Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
  • Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
  • Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər May ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.