Grand Agro Baş Maliyyə Nəzarətçisi vəzifəsinə işçi axtarır.
Təsvir:
Ayın bağlanması üzrə işlər (xərc maddələrinin, müxabirləşmələrin yoxlanılması,və s.) Aylıq maliyyə hesabatlarının hazırlanması və analiz edilməsi Aylıq büdcə-fakt analizinin aparılması Debitor və kreditor borcları, avanslar və inventarlar üzrə yaşlanma cədvəllərinin hazırlanması Ay ərzində görülən işlərə dair Struktur Bölmələrdən məlumatların toplanması Müşahidə Şurasının aylıq iclasları üçün təqdimatın hazırlanması - Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması
- Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlanması
- PO-lar üzrə xülasə hesabatların hazırlanması
- Şirkətin illik büdcəsinin hazırlanması
- Büdcəyə nəzarətin təmin edilməsi (gündəlik olaraq açılan PR/SR/PO-ların büdcə ilə uyğunluğunun yoxlanılması)
- Audit tapıntılarının aradan qaldırılması üzrə işlər
- Müxtəlif xərc maddələri üzrə aylıq, rüblük, yarımillik və illik analizlərin aparılması
Perspektiv layihələrlə bağlı səmərəlilik təhlillərinin aparılması
Tələblər:
Bakalavr və ya Magistr - Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat İş təcrübəsi : Minimum 3-5 il ACCA (F3 və F7 mütləqdir, F5, F8 və F9 əlavə üstünlükdür) CFA və ya FMVA əlavə üstünlükdür Normal səviyyədə vergi bilikləri Analitik düşüncə Ms. Office (xüsusilə Excel) - yaxşı səviyyədə
Sosial imtiyazlar:
Könüllü tibbi sığorta Nahar təminatı Performansdan aslı olaraq bonuslar