“Bank Respublika” ASC Şirvan filialı üçün “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
- Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Şirvan) qeyd etməklə 24 may 2022-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.