PAŞA Bank Korporativ və İnstitusional Bankçılıq üzrə Kredit Analitiki vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- Kreditlərin strukturlaşdırılması, bankın mövcud kredit məhsullarından istifadəsinin təmin edilməsi;
- Kredit məhsullarının müştərinin ehtiyacları və bankın daxili siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
- Sifarişi təmin etmək məqsədilə müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
- Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təkliflərin təqdim edilməsi;
- Müştərinin səlahiyyətli nümayəndəsi və müvafiq müştəri meneceri vasitəsilə görüşlərin keçirilməsi;
- Müştəridən ilkin təhlil və risklərin təyin edilməsi üçün lazımi məlumatın tələb edilməsi, risk anderraytinqinə müvafiq məlumatın çatdırılması və ehtiyac olduqda əlavə tələb olunan informasiyanın müştəridən alınıb koordinasiya edilməsi;
- Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət;
- Müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi.
Sizdən nə tələn olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il təcrübə
- Xarici dil bilikləri: İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Texniki biliklər: IFRS
Müraciət edin:
Tələblərə cavab verən namizədlərdən müraciətləri 05.06.2022-ci il tarixinədək başlıq hissədə “Korporativ və İnstitusional Bankçılıq üzrə Kredit Analitiki” qeyd edərək [email protected] mail adresinə göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.