VAKANSİYA

07 May

PAŞA Holdinq işçi axtarır – VAKANSİYA

PAŞA Holdinq şirkətinin Biznes Qrup komandası bir nəfər həvəsli, yetkin peşəkar üçün əsas diqqəti yeni biznes istiqamətlərinə yönəlmiş dinamik komandaya qoşulmaq üçün nadir fürsət təklif edir. Həmin komanda hazırda B2C vasitəçi rəqəmsal platformanın, Fintech ödəniş şirkətinin, çoxsaylı kreditor və istehlakçısı olan maliyyə platformasının yaradılması, habelə məlumatların işlənməsi proqramının və korporativ innovasiya istiqamətlərinin inkişaf etdirilməsi üçün strateji rəhbərlik təmin edir. Seçim prosesindən uğurla keçən namizəd proqressiv düşüncəli komandalarla birlikdə işləmək və əhəmiyyətli töhfə vermək imkanı əldə edəcək.

İşin təsviri:

  • Mürəkkəb informasiyanı təhlil etmək və başa düşmək, bunun üçün biznes strategiyası, maliyyə göstəriciləri və bazar dinamikası (o cümlədən ən qabaqcıl təcrübə) arasında əlaqələr qurmaq;
  • Mövcud maliyyə vəziyyətini daha yaxşı başa düşmək və portfel şirkətlərinin perspektivlərini qiymətləndirmək üçün kompleks maliyyə yoxlaması aparmaq;
  • Portfel şirkətlərinin strateji planlaşdırmasını və fəaliyyət effektivliyinin idarə edilməsini (bençmarkinq daxil olmaqla) dəstəkləmək üçün analitik istifadə ssenariləri hazırlamaq və icra etmək;
  • Ekosistemin genişləndirilməsi imkanları üçün təsdiq edilmiş strateji plana uyğun olaraq iqtisadi və/və ya istismara yararlılıq baxımından texniki-iqtisadi əsaslandırmalar aparmaq;
  • Portfel şirkətlərinin öz missiya və strateji prioritetlərinə uyğun olaraq fəaliyyət effektivliyini dəqiq ölçmək üçün əsas fəaliyyət göstəricilərini (ƏFG) müəyyən və təsdiq etmək;
  • Portfel şirkətlərinin strateji və illik fəaliyyət effektivliyinin idarə edilməsi prosesinin inzibati təminatını, o cümlədən məqsədlərin/hədəflərin müəyyən edilməsi, izlənilməsi və qiymətləndirilməsini təşkil etmək;
  • Daxili və çox funksional layihələri (və ya istifadə ssenarilərini) idarə etmək/dəstəkləmək;
  • Portfel şirkətləri, funksional bölümlər, fəaliyyət istiqamətləri və xarici tərəflər boyu əsas maraqlı tərəflərlə ünsiyyət və əlaqələri təmin etmək;
  • Əlaqə saxlanılmalı əsas şəxslər ilə əməkdaşlıq edərək portfel şirkətləri, funksional bölümlər və fəaliyyət istiqamətləri arasında biznes və təşkilati məsələlərin uyğunlaşdırılmasına şərait yaratmaq;
  • Analitiklər komandasına əlaqədar mövzular üzrə tövsiyələr və dəstək vermək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • İdarəetmə konsaltinqi, sövdələşmələr/əməliyyatlar üzrə məsləhətlərin verilməsi, maliyyə, strategiya, analitika və ya investisiyalar sahəsində 4 ildən artıq funksional təcrübə;
  • Maliyyə xidmətləri, rəqəmsal biznes, e-ticarət, maliyyə-texnoloji, istehlak malları/pərakəndə satış, telekommunikasiya, özəl kapital və ya vençur kapitalı sahələrində 6 ildən artıq təcrübə güclü bir üstünlük hesab olunur;
  • Güclü ünsiyyət bacarıqları – yazılı və şifahi təqdimat bacarıqları, fikirləri effektiv və inandırıcı şəkildə ifadə etmək qabiliyyəti;
  • Layihələrin idarə edilməsi sahəsində təsdiqlənmiş təcrübə;
  • Maliyyə modelləşdirməsi, kompleks yoxlama, araşdırma və sövdələşmələrin qiymətləndirilməsi üzrə yüksək səviyyədə inkişaf etdirilmiş bacarıqlar
  • Tənqidi düşünmək, təşəbbüsü öz üzərinə götürmək və operativ qərar qəbul etmək qabiliyyəti;
  • Gərgin şəraitdə işləmək və təyin edilmiş çox qısa müddətlərə riayət etmək qabiliyyəti;
  • Analitik (məsələn, Excel, Alteryx, DataIKU) alətlər və BI vizualizasiyası (Tableau, Power BI) proqram təminatı ilə əvvəllər iş təcrübəsinin olması üstünlük hesab olunur;
  • CFA, CIMA sertifikatlarının olması üstünlük hesab olunur;

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda qeyd olunanları təqdim etmələri xahiş olunur:

  • Mövzu sətrində “Biznes Qrupu daxilində baş mütəxəssis” qeyd edilməlidir;
  • CV 30 may 2022-ci il tarixinədək göndərilməlidir.

Diqqət: İlk olaraq namizədlərin tərcümeyi-halları (CV) nəzərdən keçiriləcək. YALNIZ CV nəzərdən keçirilməsi nəticəsində uğur qazanan namizədlərlə [email protected] e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.