Azərsun Holding Mühasib vəzifəsinə işçi axtarır.
Namizədə aid tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali itəhsil (magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi 2-3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF hesabatları mükəmməl səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə çalışa bilməli.
İş haqqında məlumat:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analızı və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.