Bank VTB Analitik (kiçik mütəxəssis) risklərin idarə edilməsi vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali təhsilli (Maliyyə, iqtisadi üzrə);
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
- Rəqəmsal və mətn məlumatlarını təhlil etmək bacarığı;
- Sistemli düşünmə və analiz etmə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- Rus dili biliyi (danışıq və korporativ yazışma).
Öhdəliklər:
- Bankın kredit portfeli ilə işləmək;
- AR Mərkəzi Bankının/ BMUS (İFRS) qaydalarına uyğun ehtiyatların hesablanması;
- Risklərin idarə edilməsinə dair normativ sənədlərlə bağlı Bankın baş ofisindən, AR Mərkəzi Bankından, daxili auditdən və digər bölmələrindən gələn sorğuların əlaqələndirilməsinə və cavablandırımasına köməkliyin göstərilməsi;
- Baş ofisdən və daxili auditdən gələn tapşırıqların icrası, həmçinin tapşırıqların vaxtında yerinə yetirilməsi üçün daxili şöbələrlə əlaqələndirmə;
Tələblərə cavab verdiyiniz halda CV-nizin mövzu hissəsində (analitik) qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.