VAKANSİYA

08 May

Millikart işçi axtarır – VAKANSİYA

Millikart Şəbəkə administratoru vəzifəsinə işçi axtarır.

İş barədə məlumat:

  • LAN/WAN şəbəkəsi və IT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması
  • Şəbəkə avadanlıqlarının (router, switch və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq
  • Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq
  • Şəbəkə problemlərini müəyyən edib həll etmək
  • Şəbəkə dayanıqlığını təmin etmək üçün tədbirlərinin görülməsi
  • Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq
  • L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
  • Ayrılmış IP- ünvanların vaxtında qeydiyyata alınması
  • İstifadəçilər üçün internet və elektron ünvanların sazlanması
  • Şəbəkənin yüklənməsi və trafikin optimallaşdırılması
  • Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən, yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi
  • IT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək
  • VPN texnologiyalari ilə iş bacarığı
  • Linux əməliyyat sistemi üzrə iş bacarığı
  • İş vaxtı: I-V günlər, saat 09:00-dan 18:00-dək
  • İstirahət günləri - şənbə və bazar

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Tələb olunan sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi olmalıdır
  • LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər
  • Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
  • Switch, router, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər
  • Network istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübəsi olan
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)
  • Cisco Systems sertifikalarına (CCNP, CCDP) sahib olmalıdır 
  • Komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik, diqqətlilik, çalışqanlıq, öyrənmə qabiliyyəti olmalıdır
  • Müvafiq sənədləşmə işlərini aparmaq qabiliyyəti olmalıdır
  • İcraedici
  • Vaxtını düzgün idarə edə bilməsi
  • Nəticə yönümlü

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 3000 – 4000 AZN-dən başlayaraq təyin ediləcəkdir.

Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Şəbəkə administratoru” qeyd etməklə e-mailinə göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaq.