Optimal Finance BOKT Baş mühasib vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali təhsil (maliyyə istoqamətində);
- Bank sahəsində baş mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
Əsas vəzifələr:
- Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
- Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
- Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
- Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
- Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
İş şəraiti:
- Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;
- Əmək haqqı: 1000 azn;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Baş mühasib - BOKT” qeyd edərək CV ilə [email protected] mail adresinə müraciət edə bilərlər.