AzAqroTaxıl Baş mühasib vəzifəsinə işçi axtarır.
İşçiyə qoyulan tələblər:
- Cinsi: Qadın (25–45 yaş)
- Ali təhsil.
- Maliyyə-mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
- 1C 8.3, Logo Tiger üzrə biliklər olmalıdır.
- Vergi məcəlləsi üzrə yüksək səviyyədə biliklər.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
- Gündəlik hesabatlara ciddi riayət.
Vəzifə öhdəlikləri:
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Hesabatlarda xərc mərkəzlərinin analizi;
- Şirkətdə aparılan əməliyyatların maliyyə və mühasibatlıq hesabatlarında düzgün əks olunması;
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması;
- Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şərtləri:
- Stabil iş;
- AR ƏM əsasən rəsmiləşdirmə;
- İcbari sığorta;
- İş vaxtı: 09.00 – 18.00 (həftə içi)
- Korporativ nömrə.
Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində Baş mühasib qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.