Unibank Biznes kreditlərinin monitorinqi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
- Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
- Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyələrin verilməsi;
- Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
- Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
- Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
- Biznes kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
- Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
- Qanunvericiliyin əsaslarını bilmək;
- Sənədlərin təhlilini aparmaq;
- Analitik düşünmə bacarığı;
- Stressə davamlılıq, komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində Biznes kreditlərinin monitorinqi göstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər və ya //glorri.com/unibank/625428155b6ace9d2d12d792 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.