PASHA Bank Kredit Riskinin Öyrənilməsi VƏZİFƏSİNƏ İŞÇİ AXTARIR.
İşiniz nədən ibarətdir?
- Müştəri bazasının keyfiyyətinə əmin olaraq bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Fərdi və Özəl Bankçılıq üzrə borc alanlarla bağlı kredit riski təhlili;
- Bankın müvafiq kredit siyasəti və proseduraları ilə bağlı biliklərin genişləndirilməsi;
- Fərdi və Özəl Bankçılıq departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
- Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasının təmin edilməsi;
- Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq kredit öhdəliklərində son qərar verici olaraq çıxış;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
- Fərdi və Özəl Bankçılıq üzrə daxili təlimat, proses və məhsulların inkişaf etdirilməsi ilə bağlı birbaşa təşəbbüs göstərilməsi və ya rəy verilməsi;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərarların verilməsi;
- Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin keyfiyyətini əks etdirən ekspert rəyin verilməsi;
- Fərdi Bankçılıq Departamenti tərəfindən daxil olmuş defolt olma ehtimalı üzrə cədvəllərin (PD tool) yoxlanılması, nəzarət edilməsi və müştəri üzrə düzgün defolt olma ehtimal dərəcəsinin təsdiqi;
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 2-4 il
- Dil bilikləri: İngilis və Rus
- Lisenziya/Sertifikat: Risk Menecment, Bankçılıq və Kredit üzrə sertifikatlar
- Kompüter bilikləri: Microsoft Office
- Bazar bilikləri: Fərdi bankçılıq üzrə biliklər
- Digər: Bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, bankçılıq və mühasibatlıq təcrübəsi
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 13.05.2022-ci il tarixinədək başlıqda “Kredit Risk Anderrayteri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.