Grand Agro Baş Maliyyə Nəzarətçisi vəzifəsinə işçi axtarır.
Təsvir:
Ayın bağlanması üzrə işlər (xərc maddələrinin, müxabirləşmələrin yoxlanılması,və s.) Aylıq maliyyə hesabatlarının hazırlanması və analiz edilməsi Aylıq büdcə-fakt analizinin aparılması Debitor və kreditor borcları, avanslar və inventarlar üzrə yaşlanma cədvəllərinin hazırlanması Ay ərzində görülən işlərə dair Struktur Bölmələrdən məlumatların toplanması Müşahidə Şurasının aylıq iclasları üçün təqdimatın hazırlanması Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlanması PO-lar üzrə xülasə hesabatların hazırlanması Şirkətin illik büdcəsinin hazırlanması - Büdcəyə nəzarətin təmin edilməsi (gündəlik olaraq açılan PR/SR/PO-ların büdcə ilə uyğunluğunun yoxlanılması)
- Audit tapıntılarının aradan qaldırılması üzrə işlər
- Müxtəlif xərc maddələri üzrə aylıq, rüblük, yarımillik və illik analizlərin aparılması
- Perspektiv layihələrlə bağlı səmərəlilik təhlillərinin aparılması
Tələblər:
- Bakalavr və ya Magistr - Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat
- İş təcrübəsi : Minimum 3-5 il
- ACCA (F3 və F7 mütləqdir, F5, F8 və F9 əlavə üstünlükdür)
- CFA və ya FMVA əlavə üstünlükdür
- Normal səviyyədə vergi bilikləri
- Analitik düşüncə
Ms. Office (xüsusilə Excel) - yaxşı səviyyədə.
Uyğun namizələr buradan müraciət edə bilər.