VAKANSİYA

22 Aprel

Bakcell işçi axtarır – VAKANSİYA

Bakcell KOBİ və İctimai Hesablar Mütəxəssisi vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında:

Funksiya: B2B Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 10.05.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Korporativ müştərilər ilə danışıqlar aparmaq və Bakcell məhsul və xidmətlərini təklif etmək
  • Təyin olunmuş satış planlarına əsasən aylıq və rüblük satış hədəfləri yerinə yetirmək
  • Mövcud korporativ müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək
  • Korporativ müştərilər ilə müqavilə bağlamaq
  • Mövcud korporativ müştəri bazasını idarə etmək və müvafiq dəstək göstərmək
  • Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil
  • Korporativ Satış sahəsində 2-3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Ünsiyyət qurma bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Müştəri yönümlülük
  • MS Office Proqramlarını bilmək
  • Azərbaycan (səlis), Rus (səlis) və İngilis (səlis) dillərini bilmək

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.