Holcim Azərbaycan Məlumat Analitiki və Hesabat Mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifələr:
- Əsas əməliyyatlar və əsas performans göstəricisi üzrə hesabatların təkmilləşdirilməsi,inkişafı və təqdim edilməsi,
- Yalnız müntəzəm məlumatları hazırlamaq və təqdim etmək deyil, həm də bu məlumatları analiz etmək bacarığına malik olmaq, həmçinin tendensiyanı və əməliyyatları tövsiyyələrlə şərh etmək bacarığı
- Logistika şöbəsinin büdcəsinə nəzarət və izləmə
- Gündəlik və aylıq olaraq altlıqların hesabatının hazırlanması və hazırlanmış hesabatın müştərilərlə,daşıyıcı şirkətlərlə və yükləmə sexi ilə yoxlanılması.
- Yaradılmış sifarişlərin statistik hesabatı və nəqliyyat daşınmalarının nəticələri üzrə hesabat
- Schenk, Logon və SAP arasında yaradılmış aylıq sifarişlərin uzlaşdırılması
- Yol vərəqələrinin toplanması və arxivləşdirilməsi (imza, möhür)
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq arxivləşdirilmiş sənədlərin (yol vərəqələrinin) məhv edilməsi prosesini vaxtında aparmaq.
- Nəqliyyat xərclərinin və Nəqliyyat xidmətləri üzrə aktların üzləşdirilməsi (SAP və Subpodratçılar)
- Logistika şöbəsinin büdcəsinin izlənməsi və nəzarəti, büdcə və fin planın hazırlanmasında logistika üzrə menecerə dəstəyin göstərilməsi.
- “SAP” proqramından məsul şəxs (əsas istifadəçi)
- Zərurət olduqda, İşçiyə müvafiq şöbədəki vəzifə ilə əlaqəli əlavə və ya digər işlər həvalə edilə bilər
- Şöbədə aparılan proektlərin icrasında iştirak (prosseslərin avtomatlaşdırılması və avtomatizasiyası)
Tələb olunan keyfiyyətlər:
Təhsil və İş təcrübəsi:
Kollec və ya Ali təhsil - İŞ TƏCRÜBƏSİ: oxşar vəzifədə 2 ildən artıq iş təcrübəsi
- KOMPÜTER BACARIĞI: MS Office bacarığı – SAP və ya ona bərabər proqram haqqında səlist biliyin olması
XARİCİ DİLLƏR: Azərbaycan-səlist, Upper-intermediate səviyyəsindən aşağı olmayan İngilis dili bacarığı. Rus- üstünlük sayılır lakin məcburi deyil.
Müraciət proseduru:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə DARS yazmaqla [email protected] mail adresinə