VAKANSİYA

21 Aprel

Kristal Abşeron işçi axtarır – VAKANSİYA

Kristal Abşeron Korporativ hüquqşünas vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil (hüquq elmləri üzrə);
  • Hüquq sahəsində 2 ildən çox iş təcrübəsi,
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti,
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus dili və ingilis dili arzuolunandır,
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin, o cümlədən beynəlxalq müqavilə və sazişin hüquqi ekspertizasını həyata keçirtmək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ hüquqşünas” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.