VAKANSİYA

21 Aprel

PASHA Capital işçi axtarır – VAKANSİYA

PASHA Capital Daxili nəzarət bölməsinin baş mütəxəssisi vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması;
  • Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;
  • Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi;
  • Sorğuların cavablandırılması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədlərə əsas tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
  • Nəzarət sahəsində ən azı 2 il, investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
  • Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər;
  • İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Maraqlanan şəxslər [email protected] elektron məktub başlığında “Daxili nəzarət bölməsinin baş mütəxəssisi” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.