Araz Market Nizam – İntizam Məsələləri üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali təhsil;
- Korporativ şirkətlərdə müvafiq iş təcrübəsi 1-3 il;
- MS Office bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı.
Vəzifə öhdəlikləri:
- İR Biznes Tərəfdaşlıq Şöbəsi, Daxili Nəzarət strukturu və mağazalardan gələn nizam-intizam məsələlərinə aid elektron məktubları cavablandırmaq;
- Qayda pozuntusunun dəqiqliyini yoxlamaq üçün nizam-intizam qaydalarını pozan şəxsdən, həmin şəxsin birbaşa rəhbərindən və hadisənin digər şahidlərindən izahat almaq;
- Prosedura uyğun olaraq nizam-intizam qaydasını pozmuş əməkdaşa şifahi və ya yazılı xəbərdarlıq, töhmət, şiddətli töhmət vermək və ya işdən azad edilməsi üçün müvafiq İR Əməliyyat üzrə mütəxəssisə yönləndirmək;
- Şifahi və ya yazılı xəbərdarlıq, töhmət, şiddətli töhmət almış əməkdaşın məlumatlarını şirkətin müvafiq proqram təminatına daxil etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Nizam-İntizam məsələləri üzrə Mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.