VAKANSİYA

20 Aprel

TuranBank işçi axtarır – VAKANSİYA

TuranBank Hüquqi ekspertiza şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə işçi axtarır.

Yaş həddi:25-40

Əmək haqqı: 1200-1350 AZN

Vəzifəyə olan tələblər:

  • Ali hüquqi təhsil;
  • Hüquqşünas ixtisası üzrə korporativ sahədə ən azı 2 illik iş təcrübəsi;
  • İngilis dili və rus dili orta səviyyədə;
  • Kollektivdə işləmə bacarığı;
  • Məsuliyətlilik, diqqətlilik;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Hüquq sahəsinə aid bank daxili qaydalar hazırlayır və zərurət yarandıqda yenilənməsini təmin edir. Digər sahlərə aid qaydalara hüquqi rəy verir;
  • Bankın müqavilə formalarını hazırlayır və qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;
  • Bankın beynəlxalq maliyyə qrumları ilə, eləcə də digər təşkilatlarla bağladığı müqavilələrə hüquqi rəy verir;
  • Bankın Nizamnaməsinə dəyişikliklər layihəsini hazırlayır, dəyişikliklərin dövlət qeydiyyatına alınmasını təmin edir. Bankın stutkrutlarının əsasnamələrni hazırlayır, onların qanunvericilə uyğun olaraq yenilənməsini təmin edir;
  • Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının iclaslarının çağırılmasını və protokollaşdırılmasını təmin edir;
  • Bankın biznes proseslərinə hüquqi rəylər verir;
  • Davamlı olaraq qanunvericilik aktlarına dəyişiklikləri izləyir və strukturları məlumatlandırır;

Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi [email protected] mail adresinə göndərərkən Mövzu hissəsinə "Hüquq departamentinin aparıcı hüquqşünası" yazmağı unutmayın.