VAKANSİYA

20 Aprel

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı Auditor vəzifəsinə işçi axtarır.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat və ya hüquq sahəsi üstünlükdür);
  • Audit, maliyyə, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində 3 ildən artıq iş təcrübəsi;
  • CİA, ACCA və ya digər müvafiq sertifikasiyanın olması üstünlükdür; 
  • Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli;
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətlilik.

Hansı işləri görəcəksiniz:

  • Audit yoxlamalarının həyata keçirilməsi;
  • Yoxlamalara dair planlama və iş sənədlərinin tərtib edilməsi;
  • Audit nəticələrinə dair hesabatların tərtib edilməsi və tövsiyyələrin verilməsi;
  • Qrup rəhbəri olduğu layihələrdə digər qrup üzvlərinin idarə edilməsi;
  • DAD-ın normativ hüquqi sənədlərinin hazırlanmasında iştirak.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Auditor” yazaraq 18.05.2022-ci il tarixinədək [email protected] mail adresinə göndərilməsi xahiş olunur.