VAKANSİYA

19 Aprel

Falkon Finance  işçi axtarır – VAKANSİYA

Falkon Finance Problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Əmək haqqı: 300 AZN + BONUS

İş barədə məlumat:

  • Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı; (birbaşa marketinq funksiyasını həyata keçirir)
  • Gecikmədə olan kredit dosyelərinin təhlil olunması - Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
  • Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
  • Gecikmədə olan müştərilərin ödənişlərinin nizamlanması ilə bağlı Kredit Komitəsinə müraciətlərin hazırlanması
  • Problemlərin həll olunması vəziyyətindən asılı olaraq dosyelərin müvafiq struktur bölmələrinə təqdim edilməsi.
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: kişi
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

İş qrafiki: 6 günlük-09:00-18:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Kredit üzrə mütəxəssis (müvafiq bölgə adı yazılmaqla)" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.