VAKANSİYA

24 Aprel

Bakı Sığorta işçi axtarır – VAKANSİYA

Bakı Sığorta Sığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Vəzifənin öhdəlikləri:

  • Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, şirkət daxili bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
  • Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
  • Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması;
  • Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
  • Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması;
  • Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
  • Müştərilərdən sənədləri qəbul etmək;
  • Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
  • Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
  • Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
  • Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
  • Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Hüquq və ya Sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 1 illik iş təcrübəsi;
  • “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını və bilmək;
  • İstənilən ixtisas üzrə ali təhsilin olması;
  • Azərbaycan (əla), Rus və İnglis dili arzuolunandır;
  • Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
  • Məlumatı toplamaq və təhlil etmək bacarığı; Analitik düşüncə, danışıqlar aparmaq bacarığı; ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı; məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İş şərtləri:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
  • “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və ştat cədvəlinə uyğun gələn əmək haqqı təklif edir.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını – “Sığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi” ,“mövzu” bölməsində qeyd etməklə [email protected] mail adresinə CV-nizi göndərin.