VAKANSİYA

24 Aprel

Abşeron Logistika Mərkəzi Təcrübə Proqramı elan edir

Abşeron Logistika Mərkəzi Təcrübə Proqramı (ödənişli) elan edir.

Sizə nə təklif edirik?

  • Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Seçiminizə müvafiq olaraq aşağıdakı sahələrdən birində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;
  • Təcrübə proqramının əhatə etdiyi sahələr:
  1. Mühasibatlıq
  2. Məlumatlarla iş
  3. Maliyyə və təhlil

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil (Maliyyə,mühasibatlıq sahələrinə aidiyyəti üzrə təhsil);
  • Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
  • Görüş və təqdimatlarda iştirak;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

Mühasibatlıq üzrə:

  • E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanmasında iştirak;
  • İlkin uçot sənədlərinin toplanması, proqramda qeydiyyatı, saxlanılması prosesində iştirak;
  • Ödənişlərin qəbulu və rəsmiləşdirilməsində iştirak;
  • Kassa əməliyyatlarının aparılmasında iştirak;
  • 1C proqramı ilə iş;
  • Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması metodlarını öyrənmək;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsində iştirak;

Məlumatlarla iş üzrə:

  • Müştəri məlumatlarının toplanmasında, monitorinqində iştirak;
  • Müştərilərlə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;

Maliyyə və təhlil üzrə:

  • Məlumat bazası ilə işləmək;
  • Məlumatların təhlili və hesabatların hazırlanmasını öyrənmək;
  • Şirkətin maliyyə hesabatlarının hazırlanmasında, təhlilində iştirak;
  • 1C proqramı ilə iş – proqramı öyrənmək, məlumatların proqrama daxil edilməsi və təhlillərin aparılmasında iştirak;

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 10 may 2022-ci il tarixinədək mövzu hissəsində seçdiyiniz istiqamət üzrə “Təcrübə proqramı – maliyyə”; “Təcrübə proqramı – mühasibatlıq”; “Təcrübə proqramı – sənədlərlə iş” yazmaqla [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.