VAKANSİYA

18 Aprel

Veysəloğlu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Satış müdiri vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahədə ali təhsil (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür).

Yaş həddi: 25-40

İşin təsviri: Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək;
  • Mövcud çeşidlərin yeniləri ilə əvəz olunması üçün rəhbərliyə təkliflər vermək;
  • Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
  • Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq;
  • Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin həyata keçirilməsini yoxlamaq və hesabat halına salmaq;
  • Direktor ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
  • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.

Tələblər:

  • Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsinin olması;
  • Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq;
  • Liderlik qabiliyyəti;
  • Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
  • Azərbaycan və Rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
  • Ərazidə əsas müştərilərlə əlaqələrin idarə edilməsi və inkişafı
  • Aylıq hesabatların hazirlanmasi

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış müdiri” yazmaqla CV göndərərək müraciət edilir.