VAKANSİYA

18 Aprel

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC İnformasiya Təhlükəsizliyi Departamentində Şəbəkə təhlükəsizliyi üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud “NGF Firewall”-ların administrasiyası;
  • “Web Application Firewall”-un administrasiyası;
  • Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası;
  • Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
  • İPS sistemlərinin administrasiyası;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • Email təhlükəsizliyi sisteminin administrasiyası;
  • Şəbəkə və “application”  üzrə monitorinq sistemlərinin administrasiyası;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
  • AAA, RADIUS, TACAS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
  • Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
  • Vulnerability scanning proqramı üzrə biliklər;
  • Penetration testing barədə biliklər;
  • Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər;
  • Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə təhlükəsizliyi üzrə administrator qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.