VAKANSİYA

15 Aprel

PASHA Capital işçi axtarır – VAKANSİYA

Pasha Capital Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);
  • Mərkəzi Bank və müvafiq nəzarət orqanları ilə bütün qarşılıqlı əlaqələrin idarə olunması;
  • Mərkəzi Bank tərəfindən müəyyən edilmiş əmsalların hesablanmasına nəzarət edilməsi;
  • Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında işlənib hazırlanması və tətbiq edilməsi;
  • Şirkətin Vergi Siyasətinin işlənib-hazırlanması, tətbiqi və vergi hesabatlığının təşkil edilməsi;
  • Müvafiq hesabatların nəzarət orqanlarına (maliyyə və vergi) dəqiq və vaxtında təqdim olunması;
  • Gündəlik cut-off-lara və EOM prosesinə nəzarət edilməsi;
  • Gündəlik əsasda daxili müştərilərin sual və sorğularının cəvablandırılması;
  • Vergi hesablanmasının, o cümlədən ödənilən və qaytarılan vergi məbləğinin düzgünlüyünü təmin etmək məqsədilə bütün ödənişlərin nəzərdən keçirilməsi;
  • Mühasibat və vergi məsələləri üzrə metodoloji dəstək, müvafiq biznes vahidlərinə məsləhətlərin verilməsi;
  • Qiymətli Kağızların uçotunu təmin etmək;
  • Audit sorğusunun vaxtında icrasını təmin etmək;
  • Şirkətin layihələrində Maliyyə Departamentinin təmsil edilməsi;
  • Əmək haqqının hesablanması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Namizədlərə əsas tələblər:

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Sahə üzrə 2 - 4 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
  • Milli Mühasibat Uçotu Standartları, ACCA / Dip İFRS / CIMA sertifikatları;
  • AR Vergi Məcəlləsi bilikləri;
  • Azərbaycan, rus və ingilis dillərində iş aparmaq qabiliyyəti;
  • SAP proqram bilikləri;
  • Analitik bacarıqlar;
  • Güclü Excel bilikləri;
  • Bazar üzrə biliklər;
  • Məsuliyyətlilik və operativlik.

Maraqlanan şəxslər elektron məktub başlığında “Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis” qeyd etməklə öz CV-lərini [email protected] mail adresinə göndərə bilərlər.

CV-lərin göndərilməsi üçün son tarix: 30.04.2022-ci il.