VAKANSİYA

14 Aprel

Optimal Electronics işçi axtarır – VAKANSİYA

Optimal Electronics Məhkəmə qərarlarının icrası ilə iş üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Təhsil: Ali (hüquqşünas);
  • Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
  • İcra üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.

Əsas vəzifələr: 

  • Mövcud olan işlərlə bağlı məhkəmə proseslərində şirkəti təmsil etmək;
  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirlərin görülməsi;
  • İcra mərhələsində olan işlərin nəzarətdə saxlanılması, icra məmurları və borclularla mütəmadi əlaqə yaradılması;
  • Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanaraq təqdim edilməsi;
  • Gündəlik görülən işlər haqqında məlumat vermək.

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • Əmək haqqı 400 azn + bonus;

Müraciət etmək üçün  linkə müraciət edə bilərsiniz.