VAKANSİYA

16 Aprel

Logistika üzrə menecer – VAKANSİYA

Global Logistics Services Logistika üzrə menecer vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • İdxal və İxrac əməliyyatlarına nəzarət
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
  • İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
  • İş qrafiki: 09:00-dan 18.00-dək
  • Əmək haqqı: 800-1200 AZN + əlavə bonus (motivasiya proqramı)
  • Nahar: 13:00-dan 14:00-dək
  • İş günləri: Bazar ertəsi - Cümə

Namizədə tələblər:

  • Təhsil dərəcəsi: Bakalavr
  • Logistika istiqaməti üzrə təcrübə
  • Təcrübə: Sahə üzrə 1-3 il
  • Məsuliyyətlilik
  • Ünsiyyət qurmaq bacarığı
  • Etibarlılıq
  • Detallara fikir vermək qabiliyyəti
  • Azərbaycan və İngilis dillərini əla səviyyədə bilmək, Rus dili biliyi üstünlükdür.
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)

Vakansiya üzrə gösdəricilərə cavab verən namizəd, mövzu bölməsində Logistika üzrə menecer qeyd etməklə CV–ləri [email protected] email ünvanına göndərə bilərsiniz.